Tramp dünyaya müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp bu gün mühüm açıqlama verəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Tramp Oval kabinetdən həm amerikalılara, həm də bütün dünyaya müraciət edəcək.
Çıxış Bakı vaxtı ilə saat 19:00-da planlaşdırılır.
Anons, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son diplomatik təmasların ardınca gəlib. Xatırladaq ki, Tramp bu həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək sülh danışıqlarını müzakirə edib. O, Rusiya Prezidenti Vladimir Putinlə də bir zirvə təşkil etməyi planlaşdırdığını açıqlayıb.
Mütəxəssislər Trampın açıqlamasının məhz sülh prosesinə dair ola biləcəyini bildirirlər. Lakin Ağ Ev açıqlamanın detalları barədə məlumat verməyib.
Vaşinqtondakı müşahidəçilər isə, çıxışın ötən həftə Alyaskada Tramp ilə Putin arasında keçirilən və “səmərəli” adlandırılan görüşün davamı ola biləcəyini qeyd edirlər.
Bəsti Rəfizadə
Sfera.az






