Logo

Qlobal dəniz səviyyəsi 3 metr yüksələ bilər: Bu ölkələr təhlükə altındadır - FOTO

Qlobal dəniz səviyyəsi 3 metr yüksələ bilər: Bu ölkələr təhlükə altındadır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni araşdırmalar Qərbi Antarktika buz qatının təhlükəli çöküşün astanasında olduğunu göstərir. Bu halda qlobal dəniz səviyyələrinin 3 metrdən çox artacağı və sahil şəhərlərinin böyük hissəsinin su altında qala biləcəyi proqnozlaşdırılır.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Milli Universiteti tədqiqatçıları tərəfindən yayımlanan araşdırmada, buz qatının çöküşünün yaxın gələcəkdə baş verə biləcəyi barədə xəbərdarlıq edilir.

“Climate Central”ın interaktiv xəritəsi isə bu ssenari baş verərsə ən çox hansı bölgələrin təsirlənəcəyini müəyyənləşdirib.

Xəritəyə görə, Avropada Kalaisdən Danimarkanın cənubuna qədər sahil xətti, Fransada Montpellier, İtaliyada Venesiya, Pisa və Ravenna, Rumıniya və Polşanın Qdansk şəhəri ciddi təhlükə altındadır.

ABŞ-nin bir çox sahil şəhərləri, xüsusilə Nev Orleansdan Qalveston, Florida ştatının Miami, Tampa, Orlando, Cacksonville və Key Vest bölgələri su altında qala bilər. Şərq sahilində Filadelfiya, Nev-York və Boston da risk altındadır.

Cənubi Amerikada Rosario, Braziliyanın şimal sahilləri, Belem, Makapa və Santarem kimi şəhərlər su altında qalacaq.

Asiya isə ən çox təsirlənəcək qitələrdən biridir. Hindistanın Mumbay, Koçi, Çennai və Kalküta şəhərləri, Şri-Lankanın sahil xətti, Taylandın Banqkok şəhəri və Vyetnamın cənub ucu, o cümlədən Hanoi təhlükə altındadır. Yaponiya və Çinin şərq sahilində də böyük şəhərlərin çoxu su altında qala bilər.

Alimlər xəbərdarlıq edir ki, bu ssenari yaxın gələcəkdə baş verə bilər və dünya üzrə sahil bölgələrində ciddi təsirlər yarada bilər.

Bəsti Rəfizadə
Sfera.az

Qlobal dəniz səviyyəsi 3 metr yüksələ bilər: Bu ölkələr təhlükə altındadır - FOTO

Qlobal dəniz səviyyəsi 3 metr yüksələ bilər: Bu ölkələr təhlükə altındadır - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR