"Tramp məni təəccübləndirdi" - Lukaşenko
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində yaxşı vasitəçilik edib.
Sfera.az bildirir ki, bu fikri Belarus lideri Aleksandr Lukaşenko Alyaskada keçirilən sammitin yekunlarını şərh edərkən bildirib.
"Tramp məni təəccübləndirdi... O bütün gözləntilərin əksinə olaraq, öz rolunu parlaq şəkildə oynadı", - Lukaşenko deyib.
Belarus lideri həmçinin hesab edir ki, Trampın Putinlə danışıqlarda uduzduğu iddiası tamamilə yanlışdır . Lukaşenko bu görüşdə münaqişə tərəfləri olmadığı üçün konkret razılaşmaların əldə oluna bilməyəcəyi qənaətindədir. Onun sözlərinə görə, Tramp bu prosesdə Rusiyanın mövqeyini bilməli olan vasitəçi rolunu oynayıb.
Aleksandr Lukaşenko avqustun 15-də Trampla telefon danışığı zamanı onu və ailəsini Minskə səfərə dəvət etdiyini bildirib. Amerika liderinin bu dəvəti qəbul etdiyi qeyd edilir.
İnci






