Tramp Putinə vaxt qoydu - İki həftəyə...

Tramp Putinə vaxt qoydu - İki həftəyə...
Kateqoriya məlum deyil
T

Yaxın iki həftə Ukraynadakı hərbi münaqişənin həllində irəliləyişin mümkün olub-olmadığını göstərəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Todd Starneslə müsahibə zamanı deyib.

 

ABŞ prezidenti əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin həmin müddətdə müharibəni bitirməsə, Vaşinqton çox güman ki, taktikasını dəyişməli olacaq.

 

Tramp avqustun 18-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünü də şərh edib. Onun sözlərinə görə, Ukrayna lideri çox yaxşı görünürdü və mübarizədə qətiyyət nümayiş etdirib.

 

ABŞ prezidenti qeyd edib ki, Zelenski bütün gücü ilə vuruşur və bu, çətin müharibədir.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR