İƏT-də Qəzza ilə bağlı fövqəladə toplantı

İƏT-də Qəzza ilə bağlı fövqəladə toplantı
Kateqoriya məlum deyil
T

Avqustun 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat dərc edilib.

 

“Fövqəladə toplantı İsrailin Qəzza zolağına tam nəzarəti bərqərar etməyə yönəlmiş qərar və planlara qarşı birgə tədbirləri əlaqələndirmək üçün keçirilir”, - deyə məlumatda bildirilir.

 

Bildirilib ki, təşkilatın iştirakçıları İsrailin törətdiyi cinayətlərə qarşı mümkün cavab tədbirlərini müzakirə edəcəklər.

 

Xatırladaq ki, avqustun 20-də İsrail hərbçilərinin Qəzzaya hücuma keçdiyi və şəhərin kənarına nəzarəti ələ keçirdiyi bildirilmişdi. (Publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR