Qadın həyətdə qəribə cihaz tapdı: Polis təhlükə barədə xəbərdarlıq etdi

Nyu-York (ABŞ) sakini həyətinin qazonunda qəribə obyektlə rastlaşıb. Əvvəlcə onu adi telefon hesab etsə də, sonradan bunun maskalanmış müşahidə cihazı olduğu üzə çıxıb.
Sfera.az bildirir ki, qadının sözlərinə görə, cihaz sırf gizli müşahidə üçün yaradılıb.
35 ildir evində yaşayan Meri Kehoenin diqqətoni həyətdə qara elektrik lentinə bükülmüş smartfona bənzəyən qadcet çəkib. Yeganə açıq hissə kamera olub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür tapıntılar tək-tək hallar deyil. Polis bildirir ki, cinayətkarlar ev sahiblərinə, onların vərdişlərinə və qiymətli əşyalarına casusluq etmək üçün getdikcə daha çox ucuz kamera və smartfonlardan istifadə edirlər. Oxşar hadisələr üç ştatlı regionda və hətta ABŞ-ın digər yerlərində də qeydə alınır.
Məsələn, Kaliforniyada Garden Grove sakini qonşusunun kolluğunda birbaşa evinə yönəlmiş batareyalı gizli kamera tapıb. Əvvəlcə o, obyekti zibil qutusu ilə səhv salsa da, sonradan onun aktiv müşahidə cihazı olduğu məlum olub.
Qlendeyl polis serjantı Vahe Abrahamianın sözlərinə görə, bu cür cihazları internetdən və ya elektronika mağazalarından asanlıqla almaq olar:
"Bu, ucuz və ya bahalı istənilən rəqəmsal simsiz kamera ola bilər".
Özünüzü qorumaq üçün polis tövsiyə edir:
həyəcan siqnalları və hərəkət sensorlarından istifadə;
gecələr həyətin işıqlarını yandırmaq;
şübhəli əşyalar üçün ərazini mütəmadi olaraq yoxlamaq.
Kehoenin yaşadığı məhəllənin sakinləri ayıq-sayıq olmağa çalışırlar.
"Bir-birimizə baxırıq. Kimsə çıxıb getsə, qonşular avtomobil yolunu yoxlayır və hər şeyin qaydasında olduğundan əmin olurlar" - deyə qadın bildirib.
Aynil








