Putin Zelenski ilə görüşməyə hazırdır – Lavrov şərtləri açıqladı

Putin Zelenski ilə görüşməyə hazırdır – Lavrov şərtləri açıqladı
Kateqoriya məlum deyil
T

Rusiya-Ukrayna müharibəsində sülh danışıqları ilə bağlı Moskvadan yeni açıqlama gəlib.


Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazırdır. Lakin görüş yalnız bütün məsələlərin əvvəlcədən müzakirə olunması və müvafiq təkliflərin hazırlanması şərti ilə mümkün ola bilər.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov, Zelenskinin razılaşmaları imzalama səlahiyyətinin sual altında olduğunu qeyd edərək deyib:


“Ukrayna rejimi və nümayəndələri mövcud vəziyyəti açıq şəkildə qiymətləndirir və davamlı, ədalətli, uzunmüddətli həllə maraq göstərmədiklərini nümayiş etdirirlər”.


Xatırladaq ki, ötən həftə ABŞ-nin Alyaska ştatında keçirilən Rusiya-ABŞ sammitində Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp dörd ildən sonra ilk dəfə görüşərək, Avropada baş verən müharibəni necə dayandırmaq barədə müzakirələr aparıblar.


Sammitdən sonra Tramp bildirib ki, yaxın günlərdə Rusiya və Ukrayna liderləri arasında görüş təşkil olunacaq və üçtərəfli sammit də mümkün ola bilər.


Lavrov jurnalistlərə açıqlamasında əlavə edib:


“Dövlət başçımız Zelenski də daxil olmaqla görüşməyə hazırdır. Amma bu, yalnız ən yüksək səviyyədə müzakirə olunmalı məsələlər ekspertlər və nazirliklər tərəfindən hazırlanarsa və gələcək razılaşmaları imzalayacaq şəxsin legitimliyi aydın olarsa mümkün olacaq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR