ABŞ Rusiyanı qınamaqdan imtina etdi

ABŞ Rusiyanı qınamaqdan imtina etdi
Kateqoriya məlum deyil
T

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqustunda etdiyi hərəkətlərə görə Rusiyanı qınamaqdan imtina edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

 

Belə ki, 2008-ci ildən bəri ilk dəfədir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatına qoşulmur.

 

Bəyannamə Təhlükəsizlik Şurasına üzv olan Avropa dövlətləri, yəni Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan tərəfindən imzalanıb. İmzalayan tərəflər Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyada olması ilə Ukraynadakı xüsusi hərbi əməliyyat arasında paralel apararaq, “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü” dəstəklədiklərini təsdiq ediblər.

 

“Bu prosesə qarşı çıxanlar Gürcüstanı sırf öz geosiyasi maraqları üçün piyona çevirməkdə maraqlıdırlar”,- Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski deyib.

 

Xatırladaq ki, 2008-ci il avqustun 8-də səhər saatlarında Gürcüstan Cənubi Osetiyaya silahlı hücuma keçib.

 

Rusiya o vaxta qədər bir çoxu Rusiya vətəndaşlığını almış respublika vətəndaşlarını, eləcə də 1992-ci ildən regionda dislokasiya olunmuş sülhməramlılarını müdafiə etmək üçün hərəkətə keçib.5 gün davam edən hərbi münaqişədə 1000-dən çox insan, o cümlədən 72 rus hərbçisi həlak olub. 2008-ci il avqustun 26-da Rusiya Gürcüstanın digər keçmiş muxtar bölgəsi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR