NATO Zirvəsi Ankarada keçiriləcək

NATO Zirvəsi Ankarada keçiriləcək
Kateqoriya məlum deyil
T

NATO Baş Katibi Mark Rutte təşkilatın 2026-cı ildə keçiriləcək zirvə toplantısının Ankarada təşkil olunacağını açıqlayıb. Zirvə toplantısı 7-8 iyul tarixlərində Prezident Sarayında keçiriləcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rutte, görüşə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür edib və bildirib ki, Türkiyə NATO-nun 70 ildən artıqdır güclü müttəfiqi olaraq ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verib.


Türkiyə 2004-cü ildən sonra ikinci dəfə NATO Zirvəsinə ev sahibliyi edəcək.


Liderlər zirvə zamanı NATO-nu daha güclü, ədalətli və effektiv ittifaq halına gətirmək və təhlükəsizliyə yönəlmiş kritik təhdidlərə cavab vermək planlarını müzakirə edəcəklər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR