Fransa Fələstini tanıyacaq ? - "Avropada semitizm meylləri olmamalıdır”

Fransa Fələstini tanıyacaq ? - "Avropada semitizm meylləri olmamalıdır"
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstini tanımağa hazır olması ilə bağlı bəyanatına sərt reaksiya verib. Netanyahu bildirib ki, Makronun bu mövqeyi “antisemit ocağına benzin tökmək” deməkdir.

 

Makronun çağırışına hansı ölkələr qoşula bilər? İsrail-Fransa arasına münasibətlər kəskinləşə bilərmi?

 

Məsələ ilə bağlı siyasi şərhçi Vüqar Əhmədov Sfera.az-a açıqlamasında bildirib ki, Avropada semitizm meyllərinin olması yolverilməzdir, çünki bu qitə tarixi baxımdan antisemitizm dəyərləri ilə yanaşı, yəhudi irsinə və yəhudilərə hörmət prinsipləri üzərində də formalaşıb:

 

 

“Fransa prezidentinin belə açıqlaması daha çox siyasi məqsəd güdür və praqmatizmdən kənar hisslərə söykənir. Almaniya ilə müqayisədə Fransada müəyyən antisemitizm meylləri mövcuddur. Ümumiyyətlə, Avropa İsrail-Fələstin məsələsinə insan hüquqları prizmasından yanaşır. Ancaq bu çox həssas mövzudur, çünki uzun illərdir müharibə və qarşıdurmalar davam edir”.

 

Ekspert hesab edir ki, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkənin belə bəyanatlar verməsi Qəzzada vəziyyəti daha da gərginləşdirə bilər:

 

“Fransanın təklifi BMT Təhlükəsizlik Şurasında qəbul olunmayacaq. Lakin Fələstin dövlətinin müstəqil dövlət kimi tanınması təşəbbüsü Avropa İttifaqı ilə İsrail və yəhudi dünyası arasında münasibətləri gərginləşdirə bilər. Fransa bu məsələdə təmkinli davranmalıdır”.

 

Siyasi şərhçiyə görə, Fransanın mövqeyi həm də tarixi kontekstdə ziddiyyətli görünür:

 

“Fransa əgər doğrudan da müsəlmanların qeydinə qalırsa, əvvəlcə Əlcəzairdə qətlə yetirdiyi minlərlə insanın cavabını verməlidir. Keçmiş müstəmləkə siyasəti və regionda törətdiyi faciələr fonunda Parisin bu mövzuya həssaslıq göstərməsi səmimi görünmür. Ona görə də düşünürəm ki, Fələstinin dövlət kimi tanınması Yaxın Şərqdə sülhə xidmət etməyəcək”.


Onun sözlərinə görə, Fransa bu cür məsələlərdə daha çox susqun mövqe nümayiş etdirməlidir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR