ABŞ Ukraynaya hərbçi yollayır? - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynada müharibəyə son qoyması ilə bağlı razılığın əldə olunacağı təqdirdə təhlükəsizliyinə zəmanət vermək üçün Ukraynaya ABŞ hərbçilərinin göndərilməsini istisna edib.
Sfera.az bildirir ki, Fox News-a müsahibəsi zamanı ABŞ qoşunlarının Ukrayna sərhədlərinin müdafiəsi üçün yerləşdirilməyəcəyinə dair hansı zəmanəti verə biləcəyi ilə bağlı suala Tramp belə cavab verib:
"Mənim zəmanətim var və mən də prezidentəm. Mən sadəcə insanların öldürülməsinin qarşısını almağa çalışıram".
Tramp bildirib ki, Avropa ölkələri Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün qoşun göndərməyə hazırdır, lakin ABŞ “havadan” dəstək verə bilər. Ağ Evin mətbuat katibi Karoline Leavitt daha sonra deyib ki, ABŞ qoşunları Moskva və Kiyev arasında sülh sazişinin bir hissəsi olmayacaq, lakin Vaşinqton koordinasiyaya kömək edəcək və bəlkə də başqa təhlükəsizlik təminatları təmin edəcək.
Əsmər






