"İran bir ay ərzində nüvə silahı yarada bilərdi"

"İran bir ay ərzində nüvə silahı yarada bilərdi"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranın nüvə obyektlərini bombalanmasaydı, Tehran bir aya nüvə silahı hazırlaya bilərdi.

 

Sfera.az xəbər verir ki, ABŞ Prezidenti avqustun 19-da amerikalı jurnalist Mark Levinə müsahibəsində İranın nüvə obyektlərinə iyunda endirilən zərbələri şərh edərkən deyib.

 

"Düşünürəm ki, onlar dörd həftə ərzində nüvə silahı əldə edəcəkdilər", - Tramp vurpulayıb.

 

Tramp Tehrandakı rəsmi şəxslərin əlində olan nüvə silahlarına işarə edərək: "Onlar da bundan istifadə edərdilər" deyib.

 

Amerika Prezidenti həm özünü, həm də İsrailin Baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” adlandırıb:

 

"Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə işləyirik. Deyəsən, mən də beləyəm. Heç kimin vecinə deyil, amma mən yenə varam. Yəni mən bu təyyarələri İranın nüvə obyektlərini bombalamaq üçün göndərmişəm".

 

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsinin doqquzcu günü - iyunun 22-nə keçən gecə Amerika Silahlı Qüvvələri İranın üç nüvə obyektinə hücum edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR