Fidan və Rubio Putin-Tramp görüşünü müzakirə etdi

Kateqoriya məlum deyil
T
Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Mark Rubio arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, diplomatik mənbələr tərəflərin Alyaskada baş tutan Rusiya-ABŞ sammitini müzakirə etdiyini bildirib.
Həmçinin Vaşinqtondakı görüşlərin nəticələri barədə də fikir mübadiləsi aparılıb.
Fidan ədalətli və daimi sülhün əldə edilməsi üçün Türkiyənin istənilən dəstəyə hazır olduğunu qeyd edib.






