Çin ABŞ-yə gücünü göstərir: Hipersonik raketlər nümayiş olunacaq

Çin ABŞ-yə gücünü göstərir: Hipersonik raketlər nümayiş olunacaq
Kateqoriya məlum deyil
T

Çin ABŞ donanmasına qarşı istifadə etmək üçün hazırladığı yeni nəsil gəmi əleyhinə olan raketlərini ilk dəfə ictimaiyyətə təqdim edəcək. ABŞ-nin dənizlərdəki üstünlüyünə meydan oxumağı hədəfləyən Pekin, dörd yeni raketi sentyabrın 3-də “Tiananmen” Meydanında keçiriləcək hərbi paradda nümayiş etdirəcək.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulan bu silahlar Çinin sürətlə modernləşən müdafiə strategiyasının mühüm hissəsi hesab olunur.

 

Son illər uzun mənzilli raket arsenalını genişləndirən Çin artıq ABŞ-nin Qərbi Sakit okeandakı bazaları və hərbi gücünü hədəf almaq imkanına sahibdir. Yeni silahlar Pekinin Tayvan və ya Cənubi Çin dənizində baş verə biləcək mümkün qarşıdurmalarda ABŞ müdaxiləsini önləməyi hədəfləyən “girişi məhdudlaşdırma” strategiyasının əsas elementi kimi göstərilir.


Çin dövlət mediası “Xinhua”nın xəbərinə görə, həftəsonu 40 min nəfərin iştirak etdiyi genişmiqyaslı parad məşqi keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində “YJ-15”, “YJ-17”, “YJ-19” və “YJ-20” işarələri olan raketlər diqqət çəkib.


Mütəxəssislərin fikrincə “YJ-15” səs sürətini aşan süpersonik raket ola bilər. “YJ-17” və “YJ-19” səs sürətinin 5 qatından yüksək sürətə çata bilən, yüksək manevr qabiliyyətinə malik hipersonik raketlər kimi qiymətləndirilir. “YJ-20” aerobalistik manevr imkanları ilə artırılmış mənzilə sahib yeni nəsil hipersonik raket ola bilər.
Avstraliyalı dəniz analitiki Aleks Lak isə bildirib ki, bu raketlər yalnız gəmiəleyhinə deyil, həm də quru hədəflərinə qarşı istifadə edilə bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR