Pezeşkian Göy məsciddə namaz qıldı

Kateqoriya məlum deyil
T
Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı Göy Məsciddə namaz qılıb.
Sfera.az xəbər verir ki, bu haqada “Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Göy Məscid 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb.
O, Şərq memarlığının nadir incilərindən sayılır. Məscid ermənilər tərəfindən dəfələrlə yandırılıb.
1990-cı illərdə məscid İran tərəfindən bərpa edilib və orada muzey yaradılıb.






