Səbəbini heç kim bilmir: Səssiz adam on ildən artıqdır ki, şəhərdə nəqliyyatın hərəkətini iflic edir

Səbəbini heç kim bilmir: Səssiz adam on ildən artıqdır ki, şəhərdə nəqliyyatın hərəkətini iflic edir
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada son illərin ən qəribə hekayələrindən biri davam edir. Britaniyanın bir şəhərində bir adam on ildən çoxdur ki, nəqliyyatın qarşısını alır və bunun səbəbini heç kim bilmir.
Belə ki, David Hampson adlı adam mütəmadi olaraq kəsişmələrə gedir və tamamilə səssiz dayanır. Kişi öz hərəkətlərini nə polis əməkdaşlarına, nə də məhkəmə nümayəndələrinə izah etmir.

Sfera.az bildirir ki, son hadisə bu il iyunun 19-da Suonsi polis idarəsinin düz yanında baş verib.
On ildən çoxdur ki, Suonsidən olan bu adam mütəmadi olaraq eyni kəsişməyə gedir və tamamilə səssiz qalaraq nəqliyyatın hərəkətini dayandırır.

Hampson ilk dəfə 2014-cü ildə yolun ortasında dayanaraq avtomobillərin keçməsinə mane olduğu üçün saxlanılıb. O vaxtdan bəri vəziyyət dəfələrlə təkrarlanıb. Polis həmin şəxsi həbs edib. O, aylarla həbsdə yatıb və azadlığa çıxandan sonra yenidən kəsişməyə qayıdıb.

Bu hekayənin özəlliyi ondadır ki, David bir söz demir - nə polisə, nə vəkillərə, nə də həkimlərə. Ona birbaşa desələr belə, susmağa üstünlük verir ki, bu onun vəziyyətini daha da pisləşdirir.

Suonsi Sülh Məhkəməsi dəfələrlə onun hərəkətlərinin motivlərini öyrənməyə çalışıb. Həbsxana işçiləri Hempsonun həbsdə olarkən danışdığını iddia edib ki, bu da onun susmasının şüurlu seçim olduğunu göstərir.

Bir neçə dəfə psixiatrik müayinələr təyin olunsa da, kişi həkimlərlə əməkdaşlıqdan tamamilə imtina edib. Tibbi sənədlərdə də səhhətində ciddi problem aşkar edilmədiyi üçün müalicə təyin etmək və ya xəstəxanaya yerləşdirmək mümkün olmayıb.

Son hadisə bu il iyunun 19-da Suonsi polis idarəsinin düz qarşısında baş verib. Hampson yenidən küçənin ortasında dayanıb və saxlanılana qədər nəqliyyatın hərəkətini kəsib.

Adamı nəyin hərəkətə gətirdiyi bu günə qədər naməlum olaraq qalır. 11 ilə yaxındır ki, onun qəribə və israrlı davranışının səbəbini heç kim öyrənə bilmir və susqunluq yalnız “yol ayrıcının adamı” ətrafında sirr aurasını artırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR