Dünyanın ən məşhur siam əkizləri ilk dəfə qucağında körpə ilə ictimaiyyət qarşısına çıxdı - FOTOLAR

Realiti-şou sayəsində məşhurlaşan məşhur Amerika siam əkizləri Ebbi və Brittani Hensel yenidən diqqət mərkəzinə düşüb. Minnesota ştatında onların körpə ilə lentə alınması dərhal mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Sfera.az bildirir ki, hadisə şahidləri Ebbi və Brittani Hansel bacılarını körpələri ilə dayanacaqdan çıxarkən görüblər. Görüntülərdə əkizlərin uşağı qara Teslada xüsusi kresloya diqqətlə yerləşdirməsi əks olunub.
Bu bacıların öz övladıdır, yoxsa yaxın birinə kömək ediblər, hələlik məlum deyil. Nə bacıların özlərindən, nə də Ebbinin əri Coş Boulinqdən heç bir açıqlama almaq mükün şşc.
Hansel əkizlərinin ailə həyatı
Qeyd edək ki, 2021-ci ildə Ebbinin Coşla evləndiyi məlum olub və bu xəbər sosial şəbəkədə ciddi rezonans doğurub. Həmin vaxt bacılar “TikTok” vasitəsilə tənqidi şərhlərə aktiv şəkildə cavab verib və qeyd ediblər ki, onların şəxsi həyatı başqalarının müzakirə mövzusu olmamalıdır.
Hələ 2003-cü ildə “Joined For Life” sənədli filmində uşaq sahibi olmaq istədiklərini bildirmişdilər. Hal-hazırda isə Ebbi əvvəlki münasibətdən Coşun qızına ögey analıq edir. Rəsmi məlumat olmasa da, əkizlərin körpəsi ilə görünüşü onların həyatının getdikcə dəyişdiyini göstərir. Bu da, ictimaiyyətin diqqətindən yayınmır.
Aynil










