İspaniyada çimərliyin ortasında "şeytan fırtınası" - VİDEO

İspaniyada çimərliyin ortasında "şeytan fırtınası" - VİDEO
Kateqoriya məlum deyil
T

İspaniyanın Kosta Qranadina sahilində qəfil istilərin artması və güclü külək tornadonun yaranmasına səbəb olub. İstirahətçilər çaxnaşma içində çimərlikləri tərk edib və bir neçə nəfər dənizdə təhlükə ilə üzləşib.
 

Sfera.az bildirir ki, qasırğa axşam saatlarında temperaturun kəskin şəkildə 40°C-yə yüksəldiyi, küləyin sürəti isə 85 km/saata çatan Motril şəhərində yaranıb. Fırtına beş nəfəri sudan sahilə atıb, şəhərin infrastrukturuna ziyan dəyib, hovuz da yaşayış binasının damından uçub.
 

“Aemet” meteorologiya agentliyinin məlumatına görə, bölgədə bir neçə tornado əmələ gəlib. Motril meri Luisa Qarsiya Çamorro sakinləri təhlükə barədə xəbərdar edib və onları evdə qalmağa çağırıb. Fırtına zamanı görmə qabiliyyəti demək olar ki, sıfır olub, insanların üzləri qumla örtülüb, çətirlər və şezlonglar çimərlik boyunca uçub.
 

Hadisə şahidləri bildiriblər ki, külək səhradan gələn qaynar axını xatırladır, mebel və qabları dənizə uçurur. Turistlərdən bəziləri panik atak keçirib.
 

Hadisə İspaniyada irimiqyaslı meşə yanğınları ilə eyni vaxta düşüb. Son günlər yanğın 120 min hektardan çox ərazini məhv edib, bir yanğınsöndürən də daxil olmaqla dörd nəfər həlak olub. Baş nazir Pedro Sançes yanğını söndürmək üçün 1900-dən çox əsgərin səfərbər edildiyini bildirərək, bunu Avropada ən böyük mülki müdafiə əməliyyatı adlandırıb.
 

Qeyd edək ki, oxşar ekstremal hadisələr başqa ölkələrdə də müşahidə olunur. Portuqaliyada yanğın tornadosu Aguiar da Beira bölgəsində genişmiqyaslı yanğına səbəb olub və bir neçə yanğınsöndürən həlak olub. İtaliyada Porto Sezareo çimərliyinə tornado, Yunanıstan və Türkiyədə isə meşə yanğınları minlərlə insanı evlərini tərk etməyə məcbur edib.
 

Xatırladaq ki, bu yay Avropada rekord istilik dalğası yaşanır. Klimatoloqlar bu cür ekstremal hava şəraitini qlobal istiləşmə ilə əlaqələndirir və regionda risklərin daha da artacağı barədə xəbərdarlıq edirlər.

 

Aysel
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR