Zelenski Trampla görüşə kostyumda gələcək - FOTO

Məşhur "Axios" nəşri ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı məqsədlərindən yazıb.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, ABŞ prezidenti administrasiyasının nümayəndələri bütün prosesi üç mərhələdə təsvir ediblər:
1. Sülh sazişi istiqamətində addımları razılaşdırmaq üçün Vladimir Putinin ABŞ ilə ikitərəfli görüş keçirməsinə nail olmaq.
2. Sülhə doğru addımlar barədə razılığa gəlmək üçün ABŞ-nin Volodimir Zelenski ilə görüşünə nail olmaq (bu gün - 18 avqustda baş tutmalıdır).
3. Putini və Zelenskini ABŞ ilə üçtərəfli görüşdə hər şeyi müzakirə etmək üçün danışıqlar masası arxasına oturmağa razı salmaq.
Nəşr, həmçinin qeyd edir ki, Ağ Ev Ukrayna rəsmilərindən Zelenskinin Trampla görüşdə kostyum geyinib-geyinməyəcəyi ilə maraqlanıb. Bu yolla onlar Oval kabinetdə münaqişənin potensial təkrarlanmasının qarşısını almağa çalışırlar. Mənbələr bildiriblər ki, Zelenski görüşdə iyunda Niderlandda NATO sammitində geyindiyi eyni qara kostyumda olacaq.







