Ukraynadan gözlənilməz hücum – İki kənd azad edildi

Ukraynadan gözlənilməz hücum – İki kənd azad edildi
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinin desantçıları Donetsk vilayətində iki yaşayış məntəqəsini azad edib. 

 

Sfera.az bizim.media-ya xəbər verir ki, Rusiya ordusu hücum nəticəsində ciddi itkilər verib.

 

Məlumata görə, Desant-Hücum Qoşunlarının bölmələri Zolotoy Kolodets və Petrovka kəndlərini azad ediblər.

 

79-cu Tavriya desant-hücum briqadası və 82-ci Bukovina desant-hücum briqadasının məlumatına əsasən, bölmələr uğurlu hücum əməliyyatları həyata keçirib.


 

“Ruslar canlı qüvvə, texnika və silah-sursat baxımından əhəmiyyətli itkilər verib. Bir qrup rus hərbçisi əsir götürülərək mübadilə fonduna təhvil verilib”, – desant hücum qoşunlarından bildirilib.


Xatırladaq ki, bundan əvvəl Ukrayna qoşunlarının Sumı vilayətinin sərhəd zonasında yerləşən Andreyevkanı azad etdiyi və Pokrovski istiqamətində irəlilədiyi haqda məlumat yayılmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR