Zelenski Vaşinqtonda səfərdədir - O hansı ümidlərlə gəlib?

Zelenski Vaşinqtonda səfərdədir - O hansı ümidlərlə gəlib?
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşmək üçün Vaşinqtona gəlib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Zelenski "X" sosial media platformasından paylaşım edib.

 

Zelenski Vaşinqtona Trampla görüşmək üçün gəldiyini və daha sonra Avropa liderlərinin iştirakı ilə görüşün keçiriləcəyini bildirib.

 

Zelenski açıqlamasında deyib:

 

"Bizim hamımızın bu müharibəni tez və etibarlı şəkildə bitirmək arzusu var. Sülhün davamlı olmasını istəyirik". 

 

1994-cü ildə Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinin faydasız olduğunu vurğulayan Zelenski, “2022-ci ildən sonra ukraynalılar Kiyevdən, Odessadan və ya Xarkovdan əl çəkmədiyi kimi, əlbəttə ki, o zaman Krımdan da imtina edilməməli idi” dedi.

 

Zelenski ukraynalıların torpaqları və müstəqillikləri üçün mübarizə apardıqlarına diqqət çəkərək, “Xalqımız hər zaman prezident Trampa, Amerikadakı hər kəsə, bütün tərəfdaşlarımıza və müttəfiqlərimizə dəstək və əvəzsiz yardımlarına görə minnətdar olacaq” deyib.

 

Rusiyanın başladığı müharibəni sonlandırmalı olduğunu vurğulayan Zelenski ümid edir ki, Amerika və avropalı dostları Rusiyanı əsl sülhə məcbur edəcək.

 

Altay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR