Pakistanda daşqınlar - Ölənlərin sayı 350-ni keçdi

Pakistanda daşqınlar - <span style="color:#ff0000">Ölənlərin sayı 350-ni keçdi</span>
Kateqoriya məlum deyil17.08.25, 12:357 👁️
T

Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artıb.

 

Sfera.az “Geo News”a istinadən xəbər verir ki, Xeyber-Paxtunxva əyalətində 328, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfər həlak olub.
 

Daşqınlar Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi ərazilərdə evlərə, müəssisələrə və infrastruktura ciddi ziyan vurub.
 

Hayber-Paxtunxva əyalətində çoxsaylı ərazilər “fəlakət bölgələri” elan edilib. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahat olduqlarını və indiyədək Xeyber-Paxtunxvanın 11 rayonunda ümumilikdə 3817 nəfərin daşqınlardan zərər çəkdiyini açıqlayıblar.


Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

PAYLAŞ
Sehliyali
Yüklənir...