Logo

Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatdı

Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.

Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR