Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu

Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu
Kateqoriya məlum deyil
T

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

 

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR