Şahin Şıxlinski təcridxanada qalacaq

Şahin Şıxlinski təcridxanada qalacaq
Kateqoriya məlum deyil
T

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.

 

Belə ki, onun vəkilinin apelyasiya şikayəti təmin edilməyib. 

 

Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

 

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR