Tayvan yeni süni intellektli eynək istifadəyə verdi

Tayvan yeni süni intellektli eynək istifadəyə verdi
Kateqoriya məlum deyil
T

Tayvan texnologiya şirkəti olan “HTC” daxili kamera və süni intellekt funksiyalarına malik “VIVE Eagle” smart eynəklərini istifadəyə verib. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, eynəklər iki ölçüdə (M və L) təqdim olunur və çəkisi cəmi 49 qramdır, uzun müddət rahatlıq üçün tənzimlənən burun yastığı ilə təchiz edilib.

 

“VIVE Eagle” linzaları Almaniyanın məşhur optik şirkətlərindən biri olan “ZEISS” tərəfindən hazırlanıb və ultrabənövşəyi şüalardan qoruyur. Cihazda məkan səsi texnologiyası və bas gücləndiriciləri mövcuddur, beləliklə, xarici səs-küydən tam təcrid olunmadan musiqi dinləmək mümkündür. Daxili batareya 4,5 saata qədər fasiləsiz musiqi oynatmağa və gözləmə rejimində 36 saatdan çox fəaliyyət göstərməyə imkan verir.

 

Eynəkdə dörd mikrofon var ki, bu da səsli ünsiyyət və Gemini ilə “ChatGPT AI”köməkçiləri ilə işləməyi asanlaşdırır. Ultra geniş baxış bucağına malik 12 MP kamera foto və video çəkilişi dəstəkləyir, üfüq zonasının avtomatik korreksiyası mövcuddur. Kamera yalnız eynək çıxarıldıqda və ya LED örtü ilə bağlı olduqda dayandırılır.

 

Süni intellekt funksiyaları arasında təsvirin tərcüməsi, park yerlərinin yadda saxlanması və üzlərin adla tanınması var. Eynəklər “VIVE Connect” proqramı vasitəsilə smartfonla inteqrasiya olunur. İstehsalçı vurğulayır ki, istifadəçi məlumatları şifrələnir, üçüncü tərəflərə ötürülmür və AI təlimi üçün istifadə edilmir.

 

Tayvan bazarında “VIVE Eagle” 15 600 Tayvan dollarına (883 AZN)  satılır.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR