Qərb Rusiyada bu dəyişikliyi istəyir - Şərh

Qərb Rusiyada bu dəyişikliyi istəyir - Şərh
Kateqoriya məlum deyil
T

Son günlər neft qiymətlərinin enməsi fonunda ABŞ Prezidenti Donald Tramp bildirib ki, neft ucuzlaşarsa, Rusiya–Ukrayna müharibəsi dayana bilər. 

 

Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan bu yanaşmanın tam olaraq müharibəni bitirəcəyinə inanmır.

 

Onun sözlərinə görə, Rusiyanın geri çəkilməsi üçün müxtəlif addımlar atıla bilər və neftin qiymətinin aşağı salınması da təsir vasitələrindən biridir:


“Amma bu, müharibənin taleyini tam həll edəcək vasitə deyil. Müəyyən mənada Rusiyaya təsir rıçağı kimi istifadə oluna bilər. Müharibənin taleyi isə ABŞ-nin daha ciddi addımlar atması ilə dəyişə bilər. Avropa İttifaqı ölkələrinin birgə təsiri də Rusiyanı dayanmağa vadar edə bilər. Əks halda, müharibə bir neçə il də davam edəcək”.

 


Ekspert qeyd edib ki, Qərb Rusiyanı siyasi təcrid etməklə paralel olaraq daxildə hakimiyyət dəyişikliyinə nail olmağı hədəfləyir:


“Rusiyada müharibədən təngə gələn yüksək vəzifəli şəxslər fürsət gözləyirlər. Eyni zamanda, Rusiyanın Gürcüstan, Ermənistan, Azərbaycan kimi ölkələrlə münasibətlərinin zəifləməsi onun təcridinə gətirib çıxarır. Dəstəkçisi İranın da vəziyyəti qeyri-müəyyəndir. İsrailin hərbi müdaxiləsi mümkündür, Suriyada Əsəd hakimiyyəti də yoxdur. Bu da İran–Rusiya birliyinin regionda hegemonluğunun sonunu gətirir”.


Siyasi şərhçiyə görə, Qərbin planı təkcə müharibəni dayandırmaq yox, həm də Rusiyada hakimiyyət dəyişikliyi və parçalanma ssenarisini reallaşdırmaqdır:


“ABŞ və Avropa hələ ki, məqsədlərinə tam çatmaq istəyir. Bu səbəbdən neftin qiymətini ucuzlaşdırmaqla yanaşı, əlavə sanksiyalar da tətbiq edilə bilər. Rusiyanın geri çəkilməməsi ABŞ-ni belə addımlar atmağa məcbur edir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR