Logo

İstanbul boğazı bağlandı

İstanbul boğazı bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gecə saatlarında intensivliyi artan dumanla əlaqədar saat 03.10-dan etibarən Boğaziçi keçidləri hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Sfera.az türk mediasına istinadla xəbər verir ki, magistral yollara təsir edən duman səbəbindən bəzi yerlərdə görmə məsafəsi 4-5 metrə qədər enib. Avtomobillər də duman səbəbindən təhlükə işıqlarını yandıraraq irəliləməyə çalışıblar.

İstanbul Şəhər Xəttləri şəhərdəki əlverişsiz hava şəraiti səbəbindən bəzi bərə reyslərinin ləğv edildiyini açıqlayıb.

Bu səhər saat 07.00-da Beykoz-Eminönü Boğaziçi Xətti Xidməti 07.20 Rumelikavağı-Eminönü Xətti Xidməti, Küçüksu-İstinye, İstinye-Çubuklu Avtomobil Feribot Xətti, Aşiyan-Anadolu Hisarı-Küçüksu (Halqa) xətlərində növbəti xəbərdarlığa qədər xidmət olmayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR