Saç köklərindən hazırlanan diş pastası 2 il ərzində mağaza rəflərində ola bilər

Saç köklərindən hazırlanan diş pastası 2 il ərzində mağaza rəflərində ola bilər
Kateqoriya məlum deyil
T

Alimlər saçda olan keratin zülalından istifadə edərək diş çürüməsinə qarşı inqilabi həll yolu hazırlayıblar. Flüordan daha təsirli olduğu deyilən bu maddə diş minasını düzəldə və gücləndirə bilər.

Sfera.az xəbər verir ki, tədqiqatçılar bu yeniliyin 2-3 il ərzində diş pastası kimi bazara çıxa biləcəyini deyirlər.
 

Flüorlu diş pastası diş minasını gücləndirərək dişləri çürüməyə qarşı qoruyur.
 

Bununla belə, İngiltərədəki London Kral Kollecinin tədqiqatçıları flüordan daha təsirli ola biləcək yeni maddə kəşf ediblər. Bu, saçlarda olan keratindir.
 

Keratin insan saçında, dərisində, dırnaqlarında və qoyun yununda olan bir proteindir.


 

Elm adamları bu zülalın sıx bir mineral təbəqə meydana gətirərək diş minasının strukturunu təqlid edə biləcəyini və həssaslığa səbəb olan sinir kanallarını bağlaya biləcəyini bildirirlər.
 

“Biotexnologiya sayəsində elə bir dövrə qədəm qoyuruq ki, biz nəinki simptomları müalicə edə bilərik, həm də orqanizmin öz materialları ilə bioloji funksiyaları bərpa edə bilərik” - deyə tədqiqatın baş müəllifi və protez həkimi Dr.Şerif Elşarkavi deyir.
 

Hal-hazırda keratin qoyun yunundan əldə edilir.
 

Diş səthinə tətbiq olunduqda, tüpürcəkdəki minerallarla qarşılıqlı təsir edərək minaya bənzər bir kristal quruluş meydana gətirir. Zamanla bu struktur kalsium və fosfat ionlarını özünə cəlb edərək dişdə qoruyucu təbəqə əmələ gətirir. Bu, orqanizmə öz hüceyrələri ilə bərpa edə bilməyən minanı bioloji olaraq bərpa etməyə imkan verir.
 

Tədqiqat qrupu bu ixtiranın iki-üç il ərzində diş pastası və ya peşəkar şəkildə tətbiq olunan gel şəklində satışa çıxarılacağını gözləyir.
 

Bundan əlavə, tullantı saç və yun kimi bioloji mənbələrdən keratinin davamlı istehsalı plastik qatranlar kimi zəhərli və qısa ömürlü materiallara ehtiyacı aradan qaldırır.

 

Xanım

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR