Cənubi Koreyada nüvə reaktoru yenidən işə salınacaq

Cənubi Koreyada nüvə reaktoru yenidən işə salınacaq
Kateqoriya məlum deyil
T

Cənubi Koreya, texniki nasazlıqlar səbəbindən dayandırılan Şin-Hanul-2 nüvə reaktorunun fəaliyyətinə yenidən icazə verib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyasının məlumatına görə, mart ayında baş verən soyuducu və qaz sızması problemləri tamamilə aradan qaldırılıb. Təmir işləri zamanı yanacaq çubuqlarından birində qüsur aşkar edilib və bununla bağlı zəruri tədbirlər görülüb.

 

Komissiya, reaktor kritik vəziyyətə çatdıqdan sonra əlavə 11 sınaq keçiriləcəyini açıqlayıb.


Xatırladaq ki, Şin-Hanul-2 reaktorunda 12 martda soyuducu, 14 martda isə qaz sızması qeydə alınmış, 20 aprel tarixində isə təmir işlərinə başlanmışdı.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR