Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi reallaşdı

Kateqoriya məlum deyil
T
Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, tərəflər Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə 84-ə 84 formatında əsir dəyişdiriblər.
Mübadilə nəticəsində Rusiya tərəfi 84 ukraynalı hərbçini azad edib, eyni sayda rus hərbçisi də Ukraynadan geri qaytarılıb. Hadisə ilə bağlı hər iki ölkənin Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
BƏƏ son aylarda Rusiya-Ukrayna müharibəsində bir neçə uğurlu əsir mübadiləsinin təşkilatçısı kimi çıxış edib. Vasitəçilik nəticəsində indiyədək minlərlə əsir qarşılıqlı şəkildə azad olunub.
Fidan Hacızadə
Sfera.az






