İtaliya Müdafiə Nazirliyi: "Zelenski güzəştə getməlidir"

Kateqoriya məlum deyil
T
"Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməyə və Ukraynadakı münaqişəyə son qoymaq üçün əvvəllər bəyan edilmiş məqsədləri dəyişməyə məcbur olacaq".
Sfera.az bildirir ki, bu fikri İtaliyanın müdafiə naziri Qido Krosetto “Corriere della Sera” qəzetinə açıqlayıb.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ya Amerika lideri Donald Tramp onu seçim etməyə məcbur edə bilməz.
"Amma Zelenski bilir ki, üç illik müharibədən sonra qarşıya qoyduğu məqsədlər dəyişməlidir. O, hər şeyə nail ola bilməz, nəyin doğru, nəyin məqbul olduğu arasında danışıqlar aparmalıdır", - nazir deyib.
İnci






