Trampla Putinin görüşü neçə saat davam edəcək? - Uşakovdan AÇIQLAMA

Trampla Putinin görüşü neçə saat davam edəcək? - Uşakovdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında danışıqların müddəti müzakirənin hansı istiqamətdə aparılacağından asılı olacaq.


Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Rusiya nümayəndə heyətinin danışıqlar başa çatdıqdan dərhal sonra Moskvaya qayıdacağına aydınlıq gətirib.

 

"Vaxt müzakirənin necə getməsindən asılı olacaq. Təbii ki, zaman parametrləri var, amma mən sizə demişəm ki, danışıqlar nə vaxt başlayır. Danışıqların başa çatması isə ilk növbədə prezidentlərdən asılı olacaq", - Uşakov deyib.

 

Putinlə Trampın görüşü Bakı vaxtı ilə 15 avqust saat 23:30-da başlayacaq. Görüş Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında reallaşacaq. Liderlər əvvəlcə tərcüməçilər ilə təkbətək söhbət edəcək, daha sonra müzakirəni işçi səhər yeməyi formatında davam etdirəcəklər.

 

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR