Trampla Putinin görüş saatı açıqlandı

Trampla Putinin görüş saatı açıqlandı
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada planlaşdırılan görüş avqustun 15-də yerli saat 11:30-da (Bakı vaxtı ilə saat 23:30) keçiriləcək.

 

Sfera.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama verib. Qeyd edək ki, Danışıqlarda əsas diqqət Ukraynada sülhün bərqərar olması məsələsinə yönələcək.

 

Müzakirə ediləcək təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası kimi mövzular da yer ala bilər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Alyaskanı görüş üçün seçilməsinin Rusiyaya coğrafi yaxınlığı ilə izah edib. Onun sözlərinə görə, qarşıdakı günlərdə görüşün təfərrüatları üzərində aktiv və intensiv iş aparılacaq.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR