Britaniya Ukrayna üçün hərbi birləşmə yaratmaycaq

Kateqoriya məlum deyil
T
Böyük Britaniya hərbçiləri Rusiya ilə münaqişənin aktiv mərhələsi bitdikdən sonra Ukraynada həyata keçiriləcək sülhməramlı missiyanın formatı və tapşırıqlarında dəyişiklik ediblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya ordusunun rəhbərliyi Ukraynanın liman və şəhərlərini qorumaq üçün 30 min nəfərlik hərbi birləşmə yaratmaq planından imtina edib.
Bunun əvəzinə Qərbi Ukraynanın hava məkanının müdafiəsi, Ukrayna hərbçilərinin hazırlıq prosesinə dəstək və Qara dənizdə mina təmizləmə əməliyyatlarını əhatə edən daha “realist missiya” təklif olunur.
Həmçinin, Ukrayna hava məkanında patrul uçuşlarına “Typhoon” və ya “F-35” tipli qırıcıların cəlb edilməsi nəzərdə tutulur.
Fidan Hacızadə
Sfera.az






