"Pakistan Hindistana qarşı yeni qüvvələr yaradıb"- Şahbaz Şərif

Kateqoriya məlum deyil
T
Pakistan kütləvi qırğın silahlarından istifadə etmədən müharibələrdə ordunun döyüş qabiliyyətini artırmaq üçün raket qüvvələri yaradıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının baş naziri ŞAhbaz Şərif İslamabadda keçirilən mərasimdə bildirib.
“Raket qoşunları ən müasir silahlarla təchiz olunacaq və bu, ordunun döyüş imkanlarının gücləndirilməsində mühüm mərhələ olacaq”, – hökumət başçısı deyib.
Pakistan ordusundakı mənbə agentliyə bildirib ki, raket qüvvələri nüvə silahı tətbiq edilməyən hərbi münaqişələrdə yerləşdiriləcək və istifadə olunacaq.
“Aydındır ki, yeni qüvvələr Hindistana qarşı döyüş əməliyyatları üçün nəzərdə tutulub”, – mənbə əlavə edib.
Fidan Hacızadə
Sfera.az






