"Ordumuzun gücü Hindistanı diz çökdürdü" - Şahbaz Şərif

"Ordumuzun gücü Hindistanı diz çökdürdü" - Şahbaz Şərif
Kateqoriya məlum deyil
T

Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.

 

Sfera.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.

 

"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.

 

Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.

 

Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.

 

Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR