Avropa liderləri Ukraynada sülh istəyir

Avropa liderləri Ukraynada sülh istəyir
Kateqoriya məlum deyil
T

Avropa liderləri Ukrayna böhranının nizamlanmasına nail olmaq istəyirlər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

 

"Tezliklə Avropa liderləri ilə danışacağam. Onlar sövdələşməyə nail olmaq istəyən böyük insanlardır", - o, Avropa liderləri ilə onlayn sammitdən əvvəl “Truth Social”da yazıb.

 

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merzin təşəbbüsü ilə Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa dövlətlərinin başçıları və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukraynada sülhə dair onlayn sammit keçiriləcək .

 

Sammit Amerika lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də keçiriləcək görüşlə əlaqədar keçirilir.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR