Ukrayna Tatarıstana hücum etdi

Kateqoriya məlum deyil
T
Rusiyanın hava hücumundan müdafiə sistemləri Tatarıstan səmasında Ukraynaya məxsus 9 pilotsuz təyyarəni vurub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 12-də növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikasının ərazisi üzərində Ukraynaya məxsus 9 PUA-nı məhv edib”, - qurumdan bildirilib.






