Şimali Koreya iki dövlətə "göz dağı" verdi

Şimali Koreya iki dövlətə "göz dağı" verdi
Kateqoriya məlum deyil
T

Şimali Koreya, Cənubi Koreya və ABŞ-nin 18-28 avqust tarixlərində keçirəcəyi “UFS” adlı birgə hərbi təlim öncəsi artilleriya atış təlimi həyata keçirib.

 

Sfera.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, “atəş təlimi yarışı” ordunun döyüş qabiliyyətini artırmaq və hərbi hazırlığını ən yüksək səviyyəyə çatdırmaq məqsədilə təşkil olunub.


“Yonhap” agentliyi, atış təliminin ABŞ və Cənubi Koreyanın planlaşdırılan birgə təlimindən cəmi bir həftə əvvəl keçirildiyini vurğulayıb.


Cənubi Koreyadan verilən açıqlamada bildirilib ki, bu təlim, iyul-sentyabr aylarında keçirilən adi yay mövsümü hərbi fəaliyyətlərinin bir hissəsidir. Lakin ABŞ və Cənubi Koreyanın birgə təlimi öncəsi xüsusi olaraq ictimaiyyətə elan edilib.


ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi “UFS” təlimi bu ay yenidən reallaşacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR