“Apple” qanunları pozdu

“Apple” süni intellekt (AI) sahəsində rəqabəti məhdudlaşdırmaqla antiinhisar qanunlarını pozur.
Sfera.az xəbər verir ki, bu sözləri amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. Maskın sözlərinə görə, korporasiya “OpenAI”dan başqa heç bir şirkətə “AI”kateqoriyasında tətbiqlərin “App Store” reytinqində birinci yeri tutmağa icazə vermir.
Eyni zamanda, “X” və ya “Qrok” tətbiqləri “App Store”un zəruri bölməsinə daxil edilməyib, baxmayaraq ki, “X” dünyada ən populyar xəbər proqramı, “Qrok” isə beşinci ən populyar proqramdır.
"Və bu, antiinhisar qanunlarının açıq-aşkar pozulmasıdır. XAI şirkəti tezliklə məhkəməyə verəcək", - Mask öz postunda yazıb. Bundan əvvəl “X” sosial şəbəkəsi “Qrok”un süni intellekt modelinin hesabını bloklayıb .
Fidan Hacızadə
Sfera.az






