Ana qızının naməlum dildə danışdığını düşündü, amma.... - VİDEO

Avstraliyanın Melburn şəhərində 28 yaşlı ana Meri Sanford bir yaşlı qızı Serenitinin anlaşılmaz bir dildə səlis danışmağa başladığını müşahidə edib. Əvvəlcə qadın bunun sadəcə səslərlə gülməli uşaq oyunu olduğunu düşünsə də, hər şeyin o qədər də sadə olmadığı ortaya çıxıb.
Sfera.az bildirir ki, körpə qız “Animal Crossing” video oyunundan anasına məlum olmayan bir dildə danışır.
TikTok-da yayımlanan video artıq 1,2 milyondan çox baxış toplayıb, viral olub. 214 mindən çox bəyənmə və yüzlərlə şərh toplayıb. Kadrlarda körpə yemək yeyərkən, istirahət edərkən və oynayarkən eyni səsləri təkrarlayır. Məlum olub ki, bütün bunlar Nintendo üçün Animal Crossing video oyunundan virtual kənd sakinlərinin çıxışına təəccüblü dərəcədə bənzəyir.

Əvvəlcə anası qızının sadəcə tələffüzlə təcrübə apardığını düşünürdü. Amma təkrarlanan səslər ona qəribə tanış görünüb. Daha sonra Sanford anlayıb ki, Serenity “Animal Crossing” personajlarının dəqiq intonasiyalarını və tembrini əks etdirir.
Uşaq inkişafı üzrə mütəxəssislər qeyd edirlər ki, təqlid nitqin inkişafında mühüm mərhələdir. Amerika Nitq-Dil-Eşitmə Assosiasiyası (ASHA) valideynlərə tövsiyə edir ki, uşaqlara rəngarəng şəkilləri olan kitablar göstərərək və onları obyektlərin adlarını çəkməyə sövq etməklə lüğətin inkişafını stimullaşdırsınlar.
Aysel






