Məşhur model və aparıcı plastik cərrahiyyə qurbanı oldu: Tanınmaz hala düşdü - FOTO

Məşhur model və aparıcı plastik cərrahiyyə qurbanı oldu: Tanınmaz hala düşdü - FOTO
Kateqoriya məlum deyil
T

45 yaşlı britaniyalı televiziya ulduzu və keçmiş qlamur model Keti Prays üzünü düzəltmək üçün İstanbula uçub. Əməliyyatdan sonra oteldən ayrılan ulduz medianın diqqətini çəkib.

Sfera.az bildirir ki, məşhur modelin üzündə cərrahi sarğı və tikişlər olub. İlkin olaraq ekran ulduzu sevgilisi JJ Slater ilə bıçaq altına girməli idi, lakin sevgilisində şəkərli diabetlə bağlı fəsadlar yarandığından o əməliyyatı tək keçirməli olub.


Məşhur model otelin restoranında gəzinti zamanı rahat idman kostyumu və köynək geyinib. Cərrahi sarğı sıx olduğundan boynunu çevirmək çətin olub.
 

Qeyd edək ki, bu əməliyyat son bir ildə ilk deyil. Əvvəllər model İstanbulda (Türkiyə) üz gərmə əməliyyatı keçirib. Yeni fotolarda onun burnunun və gözlərinin ətrafını yaxşılaşdırmaq qərarına gəldiyini görmək olar.
 

Məşhurun fotolarını sosial şəbəkələrdə görən izləyicilər, hazırda dünyasını dəyişən sosialist Jocelyn Wildenstein kimi plastik əməliyyatın yeni qurbanı olmaq riski ilə üzləşən modeli tanıya bilmədiklərini yazıblar.

 

Aynil


Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR