Çexiya Ukraynaya xəbərdarlıq etdi

Çexiya Ukraynaya xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Ukrayna rəhbərliyi müttəfiqlərin dəstəyinin qeyri-məhdud olmadığını və müəyyən şərtlərlə davam edəcəyini nəzərə almalıdır. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski “European Pravda” nəşri üçün yazdığı köşə yazısında qeyd edib.

 

Nazir vurğulayıb ki, Çexiya Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiya cəhdlərini dəstəkləyir və bu istiqamətdə kömək göstərir. Lakin yardımın davamı üçün qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və islahatların ləngiməməsi kimi tələblərin yerinə yetirilməsi vacibdir. “Praqa bu tələblərdən geri çəkilməyəcək”, – Lipavski əlavə edib.

 

Xatırladaq ki, bundan əvvəl Çexiya Prezidenti Petr Pavel Ukraynanın suveren dövlət olaraq qalması üçün müəyyən əraziləri Rusiyaya verməsinin zəruri ola biləcəyini bildirmişdi. O, hazırkı şəraitdə Kiyevin hətta Aİ və ABŞ-nin dəstəyi ilə belə qısa müddətdə və böyük itkilərsiz itirilmiş bütün əraziləri geri qaytara bilməyəcəyini vurğulamışdı.

 

Bundan əvvəl həmçinin Çexiyanın Ukraynada döyüşən vətəndaşlarını geri qaytarmağa hazırlaşdığı barədə məlumat yayılmışdı.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR