Amerikalı hərbçilər İrəvandadır

Kateqoriya məlum deyil
T
Ermənistanda 12-20 avqust tarixlərində keçiriləcək “Qartal Tərəfdaş–2025” adlı birgə hərbi təlimlərə qatılacaq amerikalı hərbçilər artıq İrəvanda yerləşiblər.
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, hərbi məşqlər Ermənistan ərazisində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlıq məqsədilə təşkil olunacaq.
Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrika Quru Qoşunları komandanlığı, həmçinin Kanzas ştatının Milli Qvardiyasının hərbi qulluqçuları iştirak edəcək.
Fidan Hacızadə
Sfera.az






