Daha bir ölkə Fələstini tanıyacaq

Daha bir ölkə Fələstini tanıyacaq
Kateqoriya məlum deyil
T

Avstraliya Baş naziri Antoni Albanese sentyabrda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanıyacaqlarını bildirib. O, Qəzza bölgəsindəki vəziyyətin dünyanın ən böyük qorxularından da artıq olduğunu vurğulayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransa, Kanada, Finlandiya və Portuqaliya kimi ölkələrdən sonra Avstraliya da Fələstini tanımaq qərarına gəlib.

 

Albanese kabinet iclasından sonra jurnalistlərə verdiyi açıqlamada, iki dövlətli həllin Orta Şərqdə sülh üçün ümid olduğunu qeyd edib.

 

Baş nazir bildirib ki, Qəzzadakı vəziyyət dünyanın ən böyük qorxularını aşa bilib:

 

"İsrail hökuməti beynəlxalq hüququn tələblərini pozaraq, uşaqlar da daxil olmaqla, ehtiyac içində olan insanlara yetərli yardım, qida və suyun verilməsini dayandırıb”.

 

Albanese, Fələstin dövlətini tanımanın sadəcə simvolik olmadığını, bu qərarın sülh prosesinə ciddi töhfə verəcəyini də əlavə edib. O, “Bu qərar, Orta Şərqdə sülhə doğru atılmış önəmli addımdır”, - deyə bildirib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR