Abşeronda evlərdən oğurluqlar edən 3 şəxs saxlanıldı

Abşeronda evlərdən oğurluqlar edən 3 şəxs saxlanıldı
Kateqoriya məlum deyil09.08.25, 14:3016 👁️
T

Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin evlərdən ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.

 

Bu barədə Sfera.az-a DIN-in mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

PAYLAŞ
Sehliyali
Yüklənir...