İtaliya sülhə görə ABŞ-yə minnətdarlıq etdi

İtaliya sülhə görə ABŞ-yə minnətdarlıq etdi
Kateqoriya məlum deyil
T

İtaliya Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində atdığı addımları alqışlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

 

Nazirlik bəyan edib: “İtaliya suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşmaya yönəlmiş tarixi razılaşmanı dəstəkləyir. Vasitəçilik missiyasına və bölgədə sülh, sabitlik və inkişaf üçün yaratdığı imkanlara görə ABŞ-yə minnətdarlığımızı bildiririk”.

 

Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR