Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki istehsalat sahəsində baş verən partlayış qurğunun qaynaq tikişinin hermetikliyinin pozulması nəticəsində baş verib.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Başkirskaya sodovaya kompaniya”sının mətbuat xidməti məlumat yayıb.
“Vinilxlorid-polivinilxlorid (VCh-PVC) kompleksində planlı dayandırma işlərinə hazırlıq zamanı piroliz qazının nəql edildiyi texnoloji boru kəmərində qaynaq tikişi boyunca hermetiklik pozulması baş verib”, - məlumatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı yaxınlıqda işləyən zərərçəkənlərin hamısına yerindəcə lazımi operativ köməklik göstərilib və onlar dərhal ixtisaslaşmış tibb müəssisələrinə çatdırılıb.
Ölən olmayıb.