Ukrayna Prezidenti Volodimir Zelenski “Rosatom”un vitse-prezidenti Nikita Konstantinov da daxil olmaqla 46 fiziki şəxsə və 305 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, mütəxəssislər və şirkətlərin siyahısı Zelenskinin ofisinin rəsmi saytında dərc olunub.
Sanksiyalar siyahısında yalnız Rusiya vətəndaşları deyil, həmçinin Almaniya, Çin, Latviya və Türkiyə vətəndaşları da yer alır. Hüquqi şəxslər arasında Rusiyanın bir sıra enerji şirkətləri ilə yanaşı, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə qeydiyyatdan keçmiş şirkətlər də var.
Sanksiya siyahılarının hazırlanması və təklif verilməsi məsuliyyəti nazirliklər və müvafiq idarələrdədir, qərarlar isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilir. Eyni zamanda, Kiyev Qərb ölkələrinə qarşı da Moskvaya tətbiq edilən sanksiya tədbirlərinin genişləndirilməsi üçün çağırışlar edir.
Fidan Hacızadə
Sfera.az